15 C
Baku
Saturday, April 20, 2024

“Aqrarkredit” BOKT Böyük Britaniya şirkətini kreditə görə məhkəməyə verib

Azərbaycanda fəaliyyət göstərən və bank səhmdarı olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Böyük Britaniya şirkətini məhkəməyə verib.

Banker.az saytının mənbədən əldə etdiyi məlumata görə, kredit təşkilatı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Ascot Enterprises Limited” Şirkətinin Azərbaycandakı Nümayəndələyinə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair iddia ərizəsi ilə, cavabdeh şirkət nümayəndələyindən cəmi 34.535,03 manat məbləğində kredit borcunun BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

“Ascot Enterprises” 1976-cı ildə Böyük Britaniyada yaradılmış şirkətdir və əsasən məişət avadanlıqları istehsalı ilə ixtisaslaşıb.

“Aqrarkredit” BOKT 22,67 mln. manat nizamnamə kapitalına malik olmaqla səhmlərinin 100%-i Əmlak Məsəlləri Dövlət Komitəsinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər