7 C
Baku
Thursday, December 12, 2024

“Aqrarkredit” BOKT kiçilib – vəziyyəti məlum oldu

Azərbaycanın dövlətə məxsus “Aqrarkredit” BOKT QSC-nin aktivləri kiçilib.

Banker.az bu barədə, BOKT-un 1 yanvar 2020-ci il tarixinə açıqladığı balans hesabatına istinad edir.

Hesaat dövründə BOKT-un ümumi aktivlərinin həcmi 12 milyard 628,18 milyon manat təşkil edib. Bu bir il öncə 13 milyard 517,25 milyon manat təşkil edirdi.

Aktivlərinin  12 milyard 243,19 milyon manatı “Azərbaycan Beynəlxalq Bank” ASC-dən qəbul olunmuş aktivlərdir — bu 2018-ci ildə 13 milyard 18,15 milyon manat idi. Digər 86,19 milyon manatı AMB-yə qarşı tələblər 76,75 milyon manatı BOKT-un özünün kredit portfelidir.

Dövlət BOKT-nun cəmi öhdəlikləri 12 milyard 603,18 milyon manat təşkil edib, burada 92,47 milyon manatı cari öhdəlikləri15,15 mln. manatı Sahibkarlığın İnkişafı Fondu, 3,35 milyon manatı Aqrar Kredit və İnkişafı fondu, 9 milyard 482,1 milyon manatı buraxılmış qiymətli bor istiqrazlar, 696,78 milyon manatı veksellər və 2 milyard 313,33 milyon manatı Maliyyə Nazirliyi qarşısında olan öhdəlikləridir.

“Aqrarkredit” BOKT-un cəmi kapitalı 25,01 milyon manat təşkil edib, bunun 22,70 mln. manatı səhm kapitalı, 0,97 mln. manatı isə bölüşdürülməmiş mənfət təşkil edib.

Hesablamalar göstərir ki, dövlət BOKT-u 2019-cu il ərzində 0,36 mln. manatlıq xalis mənfəət əldə edib.

image
Son xəbərlər
Digər xəbərlər