“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti BOKT “Yujural Proqress” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Aqrarkredit” BOKT Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Raqib Qurbanov sədrliyi ilə araşdırılacaq. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Yujural Proqress” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi isə Lyubov Bağırovadır.