9 C
Baku
Thursday, December 12, 2024

“Aqrarkredit” BOKT-nin xalis mənfəəti 3 dəfə artıb

Dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 2023-cü ildə 3.4 milyon manat xalis mənfəət əldə edib. Bu 2022-ci ildə 1.07 mln. manat idi.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin audit hesabatında bildirilir.

BOKT-nin gəlirləri illik müqayisədə 12 faiz artımla 19.17 milyon manata yüksəlib.

“Aqrarkredit” bu xalis mənfəətdən sonra kapitalındakı bölüşdürülməmiş mənfəəti 6.83 mln.manata qədər artırıb. Keçən il 0.22 mln. manat səhmdarı olan dövlətə dividend ayırıb. Onun öncəki ildəki dividend ödənişi 0.2 mln. manata yaxın idi.

43534534

Son xəbərlər
Digər xəbərlər