26 C
Baku
Wednesday, April 24, 2024

“Aqrarkredit” Naxçıvanda 740 min manatlıq lizinq müqavilələri bağlayıb

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında 52 fiziki və hüquqi şəxslə ümumi dəyəri 740 min 634 manat olan 67 kənd təsərrüfatı avadanlığının icarəyə verilməsi ilə bağlı lizinq müqavilələri bağlanıb.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bundan başqa “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 574 min 800 manat dəyərində 54 texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılıb, 1 milyon 217 min 490 manat dəyərində 118 texnika və texnoloji avadanlığın güzəştli şərtlərlə satışı təşkil edilib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər