8 C
Baku
Thursday, December 12, 2024

“Aqrarkredit” 40 milyon manatlıq məhkəmə iddiası qaldırıb

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı “Azqtel” MMC-ni məhkəməyə verib.

“Report” agentliyinin xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı MMC-dən ümumilikdə 39 milyon 812 min 773 ABŞ dolları kredit üzrə borcunun tutulması barədə tələb irəli sürüb.

Həmçinin “Aqrarkredit” QSC məhkəməyə müraciətində göstərib ki, şirkətin borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqlarının qeydiyyatını xahiş edib.

Daha sonra iddiaçı Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini istəyib.

Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, “Azqtel” Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən operatordur. 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və 2008-ci ildən etibarən “SAZZ” brendi adı altında bu xidməti göstərməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər