“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətindən ayrılan digər 5 şəxsin adı da açıqlanıb.
Banker.az-ın əldə etdiyi informasiyada bildirilir ki, Yusif Vəliyev Rəhim oğlu, Cahangir Kərimov Teymur oğlu, Vilayət Abdullayev Məcid oğlu, Bəxtiyar Ağayev Əvəz oğlu, Vüqar Yaqubov Hacı oğlu İdarə Heyətindəki üzlüyünü tərk ediblər.
Onların yerinə hər hansısa təyinat olmayıb. Bununla da, cari vəziyyətə görə, BOKT-nin İdarə Heyətinə sədrliyi İlham Kələşov sədr, üzvlər isə Rəcəb Hüseynov və Cahid Quluzadədir (həmçinin sədr müavini).
15 aprel 2025-ci il tarixində uzun illə ərzində BOKT “Aqrarkredit”in İdarə Heyətinin sədri olmuş Məmməd Musayev vəzifəsindən ayrılıb.
Aqrarkredit” QSC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.
“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 №-li Fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit” QSC-nin Səhmdarı olaraq çıxış edir. “Aqrarkredit” QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.