25 C
Baku
Friday, April 19, 2024

“AS Aqro” şirkəti istehsal etdiyi məhsulları Berlin meyvə-tərəvəz sərgisinə çıxarıb

“AS Group Investment” şirkətlər qrupuna aid “AS Aqro Co” şirkəti 7-9 fevral tarixlərində Almaniyanın paytaxtında keçirilən “Fruit Logistica” meyvə-tərəvəz sərgisində iştirak edir. Şirkət Hövsanda yerləşən “Abşeron Aqro Parkı”nın məhsulları ilə təmsil olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim edilir. Berlin sərgisində dünyanın 84 ölkəsindən 3200-ə yaxın şirkət iştirak edir.

“Abşeron Aqro Park” meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. Hövsanda hazırda pomidor və çiyələk isthsal olunur və bu məhsulların yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub. “Abşeron Aqro Park”ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər