6 C
Baku
Sunday, December 15, 2024

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilib

Nazirlər Kabinetinin qərarlarına “Aqroservis” ASC ilə bağlı dəyişikliklər edilib

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Məlumatda deyilir ki, həmin Fərmanın 2.1-ci bəndində göstərilir ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını, lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edən, aqrotexniki xidmətlər göstərən və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.

Qeyd ediləni nəzərə alaraq Nazirlər Kabinetinin qərarlarına müvafiq dəyişikliklər edilib.

Bununla yanaşı, qərarda “Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində ayırdığı qrantlar hesabına respublikaya gətirilmiş kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsindən və ya lizinq yolu ilə satışından Tərəfdaşlıq Fonduna toplanan vəsaitlərin təkrar istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli 210 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1070) 1-ci və 4-cü hissələri ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər