7 C
Baku
Thursday, December 12, 2024

“Aqrolizinq” minik avtomobillərinin alınması üçün bu şirkətə 143 min manat ödəyəcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Toyota”-Bakı Mərkəzi” MMC ilə 142 min 800 manatlıq müqavilə imzalayıb.

Banker.az-ın xəbərinə görə, “Aqrolizinq” ASC “Toyota”-Bakı Mərkəzi” MMC-ə  2 ədəd mühərriki 180 a.q. qüvvəsi olan minik avtomobilinin satın alınması üçün 142 min 800 manat ödəyəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən “Aqrolizinq” dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir. Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.

Son xəbərlər
Digər xəbərlər