16 C
Baku
Thursday, April 25, 2024

“Aqrolizinq”in daha bir neçə səlahiyyəti əlindən alındı – Adı SYX-dən götürülüb

Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında Prezident Fərman imzalayıb.

Fərmanda deyilir,

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. “7. Strateji hədəflər” hissəsi üzrə:

1.1. 7.2.2-ci yarımbəndin “Tədbir 2.2.1: İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” abzasında “Aqrolizinq” ASC” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

(Əvvəl – Ölkədə heyvandarlıq məhsulları istehsalının və beləliklə idxalın əvəz edilməsi imkanlarının artırılması üçün heyvandarlıqda istehsalın intensiv əsaslarla inkişaf etdirilməsi və məhsuldarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə qapalı şəraitdə fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin təşkili təşviq ediləcək və maarifləndirici materialların yayımlanması təmin ediləcəkdir. Eyni zamanda, aqrofermaların yaradılması sahəsində stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, heyvandarlıq komplekslərinin yüksək məhsuldarlıqlı cins heyvanlarla təminatına “Aqrolizinq” ASC vasitəsilə dəstək göstəriləcək, həmçinin, heyvandarlıq sahəsində intensivləşmənin əsas amillərindən biri kimi süni mayalanmanın genişləndirilməsi sahəsində işlər davam etdiriləcəkdir.)

1.2. 7.4.2-ci yarımbəndin “Tədbir 4.2.3: Müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi” abzasının birinci cümləsində “Aqrolizinq” ASC xətti ilə lizinqə” sözləri “Lizinqə” sözü ilə əvəz edilsin;

(Əvvəl – “Aqrolizinq” ASC xətti ilə lizinqə götürülən və lizinq yolu ilə satın alınan müasir suvarma sistemləri dəstinə və avadanlığına dövlət büdcəsinin vəsaiti hesabına güzəştin tətbiqi siyasəti davam etdirilməklə, istehsalçıların sudan qənaətlə istifadəyə imkan verən suvarma sistemlərini tətbiq etmələri stimullaşdırılacaqdır. Həmçinin, sudan qənaətlə istifadəyə imkan verən suvarma sistemlərinin tətbiqinin stimullaşdırılmasının digər metodları ilə bağlı dünya təcrübəsi araşdırılaraq müvafiq təkliflər hazırlanacaqdır.)

1.3. 7.4.3-cü yarımbəndin “Tədbir 4.3.3: Aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi” abzasının ikinci cümləsindən “Aqrolizinq” ASC-nin, eləcə də” sözləri çıxarılsın.

(Əvvəl – Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə aqroservis xidmətləri bazarının sahəvi və institusional strukturunu ətraflı təhlil edəcəkdir. Bundan sonra bu bazarda “Aqrolizinq” ASC-nin, eləcə də özəl sektorun rolunun artırılması üçün təkliflər hazırlanacaqdır.)

2. “10. Tədbirlər planı” hissəsi üzrə:

2.1. 4.2.3-cü yarımbəndin “Digər icraçılar/Tövsiyə” sütunundan “Aqrolizinq” ASC,” sözləri çıxarılsın, “Əsas icraçı” sütununa “Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC” sözləri əlavə edilsin;

2.2. 4.3.1 – 4.3.3-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın və həmin yarımbəndlərin “Əsas icraçı” sütununda “Aqrolizinq” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər