2019-cu il dekabr ayında “Aqrolizinq” ASC-nin səhmdarları ümumi yığıncaq keçirəcəklər. Yığıncaqda nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır.
Banker.az xəbər verir ki, bu barədə ASC-dən məlumat verilib.
“Dekabrın 11-də nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır”, – cəmiyyətdən qeyd ediblər.
Qeyd edək ki, nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi artıq yeddinci dəfədir təxirə salınır. Öncə səhmdarlar bu məsləni 2018-ci il iyulun 4-də, sentyabrın 24-də və dekabrın 20-də, o cümlədən, 2019-cu il aprelin 9-da, iyunun 10-da, avqustun 19-da və sentyabrın 30-da müzakirə etməyi planlaşdırırdılar.
Xəbər verildiyi kimi, 2017-ci ildə “Aqrolizinq” nizamnamə kapitalını 55,3% – 561 mln. 627,545 min manatadək artırıb.
“Aqrolizinq” ASC 2004-cu ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.