“Aqroservis” Gəncə Avtomobil Zavodundan 6 milyon manatlıq kənd təsərrüfatı texnikaları aldı

“Aqroservis” Açıq Səhmdar Cəmiyyət Gəncə Avtomobil Zavodu İB ilə 6 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə təkrar qarğıdalı əkinləri zamanı istifadə edilməsi nəzərdə tutulan asılan-qoşulan kənd təsərrüfatı texnikalarının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 5 milyon 801 min 500 manatdır.

Bildirək ki,  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər