1 C
Baku
Saturday, December 14, 2024

Aqrotexniki xidmətlərin onlayn rejimdə sifarişi üçün 99 min manata mobil platforma hazırlanır

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti “İnnosol” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə aqrotexniki xidmətlərin onlayn rejimdə sifarişi və idarə edilməsinə imkan verən mobil platformanın hazırlanması işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 98 min 750 manatdır.

Bildirək ki, “İnnosol” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Səbinə Həsənovadır.

Xatırladaq ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılır.

Son xəbərlər
Digər xəbərlər