12 C
Baku
Wednesday, December 11, 2024

AQTA bu restoranları cərimələdi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 24-də ölkə üzrə 401 ictimai iaşə obyektində 682 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Telnov 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Quliyev Əyanət Adil oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən, fiziki şəxs Emin Kekliyə məxsus “Böyük Firat” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 98 ünvanında yerləşən, fiziki şəxs Məcidov Tahir Əliyar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 49k ünvanında yerləşən, fiziki şəxs Mahmudzadə Fərid Bəxtiyar oğluna məxsus çay evi;

6. Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 15, məh. 1212 ünvanında yerləşən, fiziki şəxs Həsənov Mircəlal Böyükbəy oğluna məxsus “Lavaş Ocaqüstü” restoranı;

7. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Yaylakcıoğlu İlahə Mirnağı qızına məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Q R.İmanov küçəsinda yerləşən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus kafe;

10. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda yerləşən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus anbar;

11. Sumqayıt şəhəri , 20-ci məhəllə, ev 20/29 ünvanında yerləşən, fiziki şəxs Planov Roman Nəriman oğluna məxsus “Yakudza” kafesi;

12. Qazax rayonu, Ə.Qədirov ünvanında yerləşən, fiziki şəxs Quluyev İlqar Aydın oğluna məxsus “Laquna” çay evi;

13. Gəncə şəhəri, Radiostansiya ərazisində yerləşən, fiziki şəxs Xələfova Gülnarə İlham qızınə məxsus “Maralgöl” yeməkxanası.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

 

 

Son xəbərlər
Digər xəbərlər