6 C
Baku
Sunday, December 15, 2024

AQTA İranda fəaliyyət göstərən müəssisənin təsdiqinə imtina verib, idxalı məhdudlaşdırıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, bu çərçivədə 2023-cü ilin 15 may tarixində İran İslam Respublikasının Bəndər Türkmən şəhərində yerləşən “Kianian Shamal” quş ayağının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib.

Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün “Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin sözügedən müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. AQTA bir daha bəyan edir ki, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq oluna bilər.

Son xəbərlər
Digər xəbərlər