2 C
Baku
Sunday, December 15, 2024

AQTA “Riviera” restoranında nöqsanlar aşkarladı – Siyahı

20 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Fuad” market Abşeron rayonu, Hökməli qəsəbəsi 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                             3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

2 “Ruzi” market Abşeron rayonu, Hökməli qəsəbəsi 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Uğur” aptek Ağdam rayonu, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                             2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “Kanon” aptek Ağdam rayonu, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                             2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
5 “Riviera” restoranı Səbail rayonu, Q.Abbasov küçəsi, ev 1 Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
6 “Dərya” kafesi Səbail rayonu, Bibiheybət qəsəbəsi Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
7 Eyyubov Anar Məhəmməd oğluna məxsus kafe Şamaxı şəhəri,

Bakı-Qazax yolu

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

8 “Azər” kafesi Şamaxı şəhəri,

Bakı-Qazax yolu

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
Digər xəbərlər