12 C
Baku
Wednesday, December 11, 2024

AQTA saxta kərə yağı istehsal edən daha bir müəssisənin fəaliyyətini məhdudlaşdırdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı  sexində yoxlama keçirilib. Məlum olub ki, müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə yetirilmir və  kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verilir. Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq, əvəzində bitki mənşəli yağ əlavə edilir. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərə qablaşdırılaraq üzərinə heç bir etiket məlumatları  qeyd edilmir.

Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı  hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

3 15 1

Son xəbərlər
Digər xəbərlər