9 C
Baku
Thursday, December 12, 2024

AQTA Tovuzda inzibati binasının tikintisinə 1 milyon manat xərcləyəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Qazax-Tovuz Regional Bölməsinin Tovuz rayonu ərazisində yerləşən inzibati binasının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 940.897 manatdır.

Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Əlövsət Orucovdur.

Son xəbərlər
Digər xəbərlər