6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan BOKT-larından biri banka çevrilməyi istisina etmir

TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) uzunmüddətli perspektivdə Azərbaycan bank lisenziyası üçün müraciət etmək imkanını istisna etmir.

Bunu Trend-ə eksklüziv müsahibəsində “TBC Kredit”in direktoru Nukri Tetraşvili deyib.

O bildirib ki, Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” üçün Azərbaycan bazarı maraq kəsb edir:

“Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaşdır. Ona görə də istisna olunmur ki, “TBC” Azərbaycanda da bank kimi fəaliyyət göstərmək niyyətində olsun. Qeyd etmək istəyirəm ki, hazırda bizim bu cür planlarımız yoxdur, amma Azərbaycan bazarının vacibliyi və əhəmiyyətini nəzərə alaraq bu, uzunmüddətli perspektivdə mümkündür”.

N.Tetraşvilinin sözlərinə görə, “TBC Kredit” həmişə bank normativ tələblərinə cavab verməyə çalışıb:

“Biz bank olmasaq belə, çalışmışıq ki, Azərbaycanda banklar qarşısına qoyulan tənzimləyici tədbirlərə əməl edək. Məsələn, indi BOKT-lardan kredit verilməsi zamanı ehtiyatların yaradılması tələb olunmur, amma biz daxili hesabatlılıq üçün bu addımı atırıq. “TBC Bank”ın səhmləri London Fond Birjasında kotirovka olunur, ona görə də əsas şirkətimiz tərəfindən bizə audit, maliyyə hesabatlılığı və digər məsələlərlə bağlı ciddi tələblər qoyulub”.

Son xəbərlər
Digər xəbərlər