7 C
Baku
Sunday, December 15, 2024

Araşdırma şirkətlərinin zəif tərəfləri…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Bu qısa yazını Qlobal araşdırma şirkətlərindən biri olan və ümumiyyətlə araşdırma şirkətləri sıralamasının ilk 5-liyində yer alan, 100-dən artıq ölkədə fəaliyyət göstərən və 12000-dən artıq çalışanı olan Alaminiyanın GfK “Gesellschaft für Konsumforschung” şirkətinin Ukrayna ofisindən yazıram. Şirkətin əməkdaşı ilə bir proyekt çərçivəsində müəyyən müzakirələr apardıqdan sonra bunları yazmaq fikrinə gəldim. 

Araşdırma ilə əlaqədar öz ölkəmizdə və Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstanda fəaliyyət göstərən qlobal və yerli şirkətlərlə sıx əlaqədə olduğum və müəyyən proyektlərdə fəaliyyətləri ilə tanış olduğum üçün bu yazdıqlarıma tamamilə onların fəaliyyətləri nəticəsində qənaətə gəlmişəm.

Keçək mətləbə. Araşdırma şirkətlərində ən çox rastladığım iki ən önəmli zəif tərəflər: 1) Masaüstü araşdırma (Desk research) sahəsində zəiflikləri; 2) Analitik düşüncə və ya araşdırma nəticələrinin analizindəki zəiflikləri.

Əslində bu iki məsələnin hər biri bir-biri ilə əlaqədar və bir-birinin inkişafına kömək göstərən və ya mane olan məsələlərdir.

Belə ki masaüstü araşdırma əslində analitik qabiliyyətləri, araşdırma həvəsi, araşdırma zamanı hansı qaynaqlardan və necə istifadə edəcəyi, müxtəlif informasiyaların müqayisəli təhlili, informasiyaların sadəcə informasiyada qalmayıb bilgiyə çevirmək kimi bacarıq, bilgi və həvəs tələb edir. Bu xüsusiyyətlərin çatışmazlığı və ya yoxluğu araşdırmanın bu sahəsinin yetərincə inkişaf etməməsi ilə nəticələnir. Və bunun şahidi olmuşam ki, adı çəkilən ölkələrdə fəaliyyət göstərən qlobal və yerli şirkətlərin əksəriyyəti deskresearch araşdırmanı etmirlər və ya bu sahəyə meylli deyillər.

Bəli bəzən qlobal və yerli şirkətlər bu sahədə çətinlik olaraq statistik məlumatların əldə edilməsindəki problem və çətinlikləri, statistik məlumatların düzgün olmadığını dilə gətirirlər. Bunları mən də bilirəm və qismən razıyam. Ancaq şirkətlər bu istiqamətdə əgər təkcə ölkələrin öz rəsmi statistikalardan kifayətlənəcəklərsə belə problemlər olacaqdır. Şirkətlər rəsmi statistika ilə bərabər ekspert rəyləri, müxtəlif beynəlxalq qurumların tərəfsiz hesabatları, maliyyə qurumlarının hesabatlarını yuxarıda qeyd etdiyim xüsusiyyətlərə malik əməkdaşların istifadəsi ilə həyata keçirməlidirlər.

Məsələn; bir nümunə ölkələr, gömrük kodları, müxtəlif mallar, eksport, import, reeksport üzrə xarici ticarət rəqəmləri yer alan Birləşmiş Millətlərin Statistika bölməsinə aid sayt olan www.comtrade.un.org – saytı. Burda ticari rəqəmlər (reporter) hesabat verən ölkələrə görə dəyişir. Və müqayisə üçün statistik məlumatların düzgün verilmədiyi şübhəli olan ölkələrin deyil, bu məlumatları digərlərindən, onlardan import edən və ya export edən ölkələrin açıqladığı rəqəmlərdən götürmək mümkündür. Bu barədə gözəl bir numunə “Satatistika və gömrüyümüzün halı” http://www.jabrayilvaliyev.com/2011/09/statistika-v-gomruyumuzun-hal.html bu bağlantıdan baxa bilərsiniz. Əgər təkcə Azərbaycan statistikasını ələ alacaqsınızsa bu məhsulda cəmi 3 dəfə yanılacaqsınız… Ancaq eyni saytdan digər reporter ölkə rəqəmi də verildiyinə görə bunu da müqayisə üçün nəzərə almağınız lazımdır. Bax bu cür məlumatların olduğu saytdan araşdırma şirkətləri xəbərsiz və istifadə etmirlər, sadəcə tək qaynaqla kifayətlənirlər, müqayisəli təhlillər aparmırlar.

İkinci məsələ isə əldə olunan məlumat və informasiyaların düzgün və lazımi şəkildə təhlili məsələsidir. Bu sahədə də araşdırma şirkətlərini zəif görməkdəyəm. Bu da yenə ilk başda qeyd elədiyim əksik xüsusiyyətlərdən qaynaqlanır. Bu barədə isə Marketinqdə və satışda cansız rəqəmlərin canlı dili adlı yazımı tövsiyə edərdim. Bu yazıda da deyildiyi kimi rəqəmlər cansız olsa da onları dilləndirmək, müqayisə etmək, təhlil etməklə canlı hala gətirmək mümkündür. Yəni araşdırma şirkətləri informasiya ilə bərabər bilgi də verməlidirlər. Bilgi vermələri üçün isə analitik qabiliyyətə malik çalışanlara malik olmalıdırlar.

Bu iki zəif tərəf haqqında araşdırma şirkətlərinin düşünəcəklərini və real addımlar atacaqlarını ümid edirəm…

Son xəbərlər
Digər xəbərlər