Azərbaycanda əməkdaşların xarici görünüşünə görə qiymətləndirmədə, işgüzar geyim və korporativ xarici görünüş standartlarının ən yaxşı halda tətbiqinə banklarda rast gəlinir.
Banker.az xəbər verir ki, bu barədə “Business Insider” Beynəlxalq Araşdırma Qrupunun 2019-cu ilin aprelinə olan araşdırmasında deyilir. Araşdırma qrupu bunlarla bağlı şirkətlərin filial və mağazalarına gizli müştərilər yolayıb və bunun əsasında qiymətləndirmə aparıb.
Araşdırma aparılan 5 bank arasında (hər bankda 2 filial) isə uyğun meyara ən yaxşı səviyyədə əməl olunması halı Expressbank və Unibank-da müşahidə olunub. Geyim sektorunun özü bu sıralamada ikinci olsa da,araşdırma aparılan 4 mağazadan, yalnız Koton(5 bal) və United Colors of Benetton (5 bal) ideal balla qiymətləndirilib. LC Waikiki (4.90 bal) və New Yorker-in isə (4.53 bal) korporativ geyimlərində problemlər aşkarlanıb.