13 C
Baku
Saturday, May 18, 2024

“Araz Karqo” qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə cərimə yazılıb

“Araz Karqo” MMC barəsində İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan İnzibati Xəta protokolu tərtib edilib.

Banker.az-ın bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

İXM-in 398-ci maddasinə görə, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə –  inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər