Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barəsində cərimə protokolu tərtib edib.
Banker.az xəbər verir ki, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə “Araz Supermarket” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 485.2-ci maddəsi, Gömrük Qaydalari Əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.