“Araz Supermarket” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Araz Supermarket” MMC-nin vergi borcu 3 761 722.12 manatdır. Bu vergi borcu 29.10.2023-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və qanuni təmsilçisi Rəşad İbrahimovdur.