13 C
Baku
Friday, April 19, 2024

“Araz” və “OBA”nın daxil olduğu “Veysəloğlu Şirkətlər Qrupu” qiymət artımlarına dair indeks açıqladı

Azərbaycanın böyük qida şirətlərindən biri “Veysəloğlu Şirkətlər Qrupu” ən yüksək alıcı tələbatı olan məhsulların 2021-ci il üzrə qiymət indeksini açıqlayıb.

Banker.az xəbər verir ki, bununla bağlı şirkətin təqdim etdiyi press-relizdə bildirlir.

Bu qiymətləri ölçən “Veysəloğlu Pərakəndə İndeksi”nə görə, məhsulların qiymətində 2020-ci ilin yanvar-dekabr aylarına nisbətən 2021-ci ilin yanvar-dekabr aylarında orta hesabla 6.3 faiz artıb.

Qeyd edək ki, “Veysəloğlu Şirkətlər Qrupu” Azərbaycanda “Araz Supermarket”, “Favorit” və “OBA” kimi pərakəndə ticarətdə fəaliyyət göstərən marketlər şəbəkəsinə malikdir.

İndeksdə diqqət çəkən məqam kərə yağı, qarğıdalı yağının qiyməti ilə bağlıdır. İndeks iddia edir ki, illik ifadədə müvafiq olaraq 1.6% və 2.2% cəmi qiymət (sütunda qeyd edilir: il ərzində ortalama qiymət dəyişikliyi) artımı müşahidə edilib.

 

Saytımızın əvvəlki monitorinqində bildirmişdik ki, təkcə 2021-ci ilin son rübündə, istər yerli və istərsə də idxal olanan kərə yağları 6-10% aralığında bahalaşma yaşadı. Məsələn, 2020-ci ildə hər kiloqramı 16 manat ətrafında olan yerli istehsal “Səba” yağının bir kiloqramı dekabrda 17.99 manat çatdı. Bu da illik müqayisədə 12% ətrafında artım dinamikasıdır. Xaricdən indxal olunan kərə yağları “VestGold” və “Anchor” kimi yağlar bahalaşaraq 16.20 manatdan 18.85 manata qədər bahalaşıb. Bu da təkcə ötən ilin son rübündə 16%-lik bahalaşmadır.

Dövlət Statistika Komitəsi isə rəsmi göstəricilərində yerli istehsal kərə yağının illik 6.6%, idxal olunanın isə 5.6% bahalaşdığını bildirir. Bu da orta illik 6.4% bahalaşmadır.

Qarğıdalı yağının bahalaşması nəinki Azərbaycanda, hətta bütün ölkələrdə ən aktual mövzudur. Məsələn, Veysəloğlu Pərakəndə İndeksinə görə 2.2% bahalma yaşayan qarğıdalı yağı rəsmi statistikada hətta ikirəqəmli inflyasiya yaşayıb. Dövlət Statistika Komitəsinə görə, noyabrda illik müqayisədə  hər litri yerli istehsal üçün 33.4%, idxal olunanlar üçün isə 23.4% qiymət artımı gözə çarpır.

Veysəloğlu Pərakəndə İndeksində ikirəqəmli (faizlə) qiymət artımları yalnız mövsümü tərəvəz olan pomidor və xiyarda müşahidə edilib.

Ötən gün Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2021-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilə nisbətən 6.7 faiz təşkil edib.

Rəsmi statistikaya görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8.1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.8 faiz təşkil etmişdir.

DSK-nin rəsmi statistikası
Növləri Vahid Noyabr, 2020 Noyabr, 2021 Müqayisə
Kərə yağı orta 1kq 16.35 17.40 6.4%
yerli 16.14 17.21 6.6%
idxal 16.60 17.53 5.6%
Süfrə marqarini orta 1kq 4.07 4.67 14.8%
yerli 3.87 4.46 15.2%
idxal 4.28 4.78 11.7%
Zeytun yağı orta 1litr 12.89 13.46 4.4%
yerli 11.14 11.73 5.3%
idxal 14.95 15.50 3.6%
Günəbaxan yağı orta 1 litr 2.99 4.30 43.8%
yerli 2.84 4.25 49.6%
idxal 3.16 4.47 41.4%
Qarğıdalı yağı orta 1 litr 4.40 5.56 26.4%
yerli 4.07 5.43 33.4%
idxal 4.77 5.88 23.4%
Son xəbərlər
Digər xəbərlər