23 C
Baku
Saturday, April 27, 2024

“Araz Vadisi İqtisadi Zonası”nda tikinti işlərinə başlanacaq

Rusiyaya məxsus “KamAZ” ASC yaxın vaxtlarda Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tikinti işlərinə başlayacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

“Artıq Sənaye Parkının ərazisi minalardan təmizlənib, ərazidə mobilizasiya sahəsinin yaradılması başa çatmaq üzrədir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, “KamAZ”la “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Cəbrayılda birgə servis mərkəzi yaratmağı planlaşdırır. Onun ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər