8 C
Baku
Thursday, December 12, 2024

“Araz”la əməkdaşlıq kiçik sahibkarların inkişafına töhfə verir

®Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin əsas prioritetlərindən biri yerli məhsulların bazara çıxışının asanlaşdırılması, həmçinin tanıdılması və satışına dəstək göstərməkdir. Bununla da  “Araz” ölkəmizdə yerli məhsulların istehsal həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verir.

 “Dalğa” suları: Gündəlik istehsal gücündə 150 min litr artım

2008-ci ildən keyfiyyətli içməli süfrə suyu istehsal edən, hazırda marketlər şəbəkəsini “Dalğa” suları ilə təmin edən “İkar Qrup” MMC “Araz”ın sıx əməkdaşlıq etdiyi sahibkarlıq subyektlərindən biridir. Zavodun direktoru Məzahir Abdullayevin sözlərinə görə, “Araz”a məxsus şəxsi marka olan “Dalğa” sularının istehsalı zavodun fəaliyyətində nəzərəçarpacaq inkişafa səbəb olub: “Dalğa” markasının tanıdılması, müştəriyə təqdim edilməsində “Araz”la əməkdaşlıq çox faydalı oldu. Bu işbirliyi nəticəsində zavodumuzun illik istehsal gücü, dövriyyəsi əhəmiyyətli dərəcədə artdı. Hazırda “Dalğa” ölkənin sevilib-seçilən əsas yerli markalarından biridir”.

M.Abdullayev bildirir ki, “Araz”la əməkdaşlıq nəticəsində rəhbərlik etdiyi zavodun gündəlik istehsal gücü 150 min litrə qədər artıb: “Əməkdaşlığımız ərzində yaranan istənilən çətinlikdə şirkətin dəstəyini hiss etmişik. Bu işbirliyi bizə məhsulun markalanma, tanıtım, eləcə də istehsal standartlarının yüksəldilməsində yeni imkanlar yaratdı. İstehsal xəttində əvvəlki göstəricilərlə hazırkı nəticələri müqayisə etmək dediklərimin əyani sübutudur. Bu dövrdə istehsalatımızı 0,33 və 19 litr qramaj arasında olmaqla 5 istehsal xəttinə qədər çatdırdıq”.

 “Bloom” salfetləri:  Aylıq məhsul istehsalında 700% artım

“Araz”la əməkdaşlıq edərək böyüyən və hazırda müştərilər tərəfindən rəğbətlə qarşılanan markalardan biri də “Bloom” salfetləridir.  2018-ci ildə yaradılan müəssisə “Araz”a məxsus şəxsi marka sanitar-gigiyenik məhsulların istehsalı ilə məşğuldur. Müəssisənin direktoru Vüqar Qəmbərov “Araz”la işbirliyinə müştərilərə uyğun qiymətə yüksək keyfiyyətli məhsul təqdim etmək prinsipi əsasında başladıqlarını deyir: “Əməkdaşlığımız nəticəsində marka olaraq tanındıq və müəssisə olaraq böyüdük. İşbirliyindən əvvəl ayda 20 ton məhsul istehsal edirdiksə, hazırda bu rəqəm 140-160 tona yüksəlib. Bu əməkdaşlıq ilk növbədə bizim qazancımızı artırdı. Qazanc artdıqca inkişaf etdik və avadanlıqlarımızı müasirləşdirdik.”

Xatırladaq ki, hazırda “Araz” supermarketlərdə qida və qeyri-qida olmaqla 25 kateqoriya üzrə 14 özəl markaya məxsus məhsul satılır. Bu markalar üzrə 1000-dən çox çeşid “Araz” müştərilərinə təqdim olunur.

Son xəbərlər
Digər xəbərlər