Türkiyənin “Koç Holdinq”inə məxsus “Arçelik” şirkəti Yaponiyanın “Hitachi” şirkətinin məişət əşyaları bölməsinin 60%-ni 300 milyon ABŞ dollarına almaq istəyir.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
“Arçelik”dən verilən açıqlamada bildirilib ki, “Hitachi” ilə danışıqlar davam edir, hələ ki, detallar müəyyənləşdirilməyib və son müqavilə imzalanmayıb.
“Bloomberg” agentliyinin məlumatına görə isə, “Hitachi” “Arçelik”in şəbəkəsindən istifadə edərək öz məhsullarını Avropa və Afrikada satmaq niyyətindədir.
“Şirkətimizin yaratdığı dəyəri artırmaq üçün müxtəlif qiymətləndirmələr aparırıq, lakin hələ konkret bir qərar verilməyib”, – deyə “Hitachi”dən bildirilib.