20 C
Baku
Thursday, October 23, 2025

Ardıcıl 4 aydır ki, idxal qiymətləri bahalaşır – Bu, daxili bazar üçün nə deməkdir?

Azərbaycanın idxal olunan mallarının qiymət indeksləri ümumilikdə yüksəlməyə davam edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar–avqust aylarında idxalın qiymətləri ümumilikdə öncəki ilin eyni dövrü ilə müqayisədə 24.8% baha olub. Bu da, iyul ayındakı 24.6% ilə müqayisədə kiçik, amma sabit artımı göstərir. Apreldə idxal inflyasiyası 23%, mayda isə 23.8% və iyunda isə illik 24.4% təşkil etmişdi. Beləliklə, artıq ardıcıl dörd ayda idxal qiymətləri bahalaşır.

Son aylarda ən çox qiymət artımı qeyri-üzvi kimya məhsulları, əczaçılıq məhsulları, kakao və onun məhsulları, kimyəvi saplar və bəzi hazır toxuculuq məmulatlarında müşahidə olunub. Eyni zamanda un və un məhsulları, nişastalar, şəkər və şəkərdən qənnadı məmulatları, süd məhsulları və alkoqollu içkilər də qiymət artımı yaşayan əsas qruplar arasında olub.

2025-ci ilin sentyabrında illik inflyasiya 5.7% təşkil edib. Bu avqustda qeydə alınan 4.9%-i mühüm fərqlə üstələyir. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 7.9%, ödənişli xidmətlərdə 5.3%, qeyri-qida məhsullarında isə 2.4% olub. Mərkəzi Bankın məlumatına görə, idxal məhsullarında baş verən qiymət artımları daxili inflyasiyaya birbaşa təsir göstərir, çünki ölkəyə daxil olan malların bahalaşması yerli bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur. Bununla belə, AMB manatın sabit məzənnəsi ilə mümkün kəskin artımı neytrallaşdırdığını hər press-relizində qeyd edir.

Dünən AMB-nin press-relizində bildirildi ki, ümumiyyətlə, idxal qiymətləri ilə bağlı artım həm qlobal bazarlardakı dalğalanmalar, həm də təklif xərci amillərindən qaynaqlanır. Ən çox bahalaşan məhsullar isə qida, əczaçılıq, kimya, toxuculuq və bəzi sənaye mallarıdır.

543534 scaledQeyd edək ki, bu məlumatlar Mərkəzi Bankın faiz siyasətinin formalaşdırılmasında nəzərə alınır; hazırda uçot dərəcəsi 7%, faiz dəhlizi 6–8% səviyyəsində saxlanılıb. Mərkəzi Bank inflyasiya gözləntilərini də artırıb. Məsələn, tənzimləyicinin oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olması gözlənilir. Bu iyulda baza ssenarisi üzrə müvafiq olaraq 5.7% və 5.3% olacağı gözlənilird

0 scaled

Son xəbərlər
Digər xəbərlər