10 C
Baku
Thursday, December 12, 2024

ARDNF 2018-ci ildə aktivlərin idarə olunmasından daha yüksək gəlir gözləyir

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2018-ci ildə aktivlərin idarə olunmasından gəlirlərin ötən illə müqayisədə daha yüksək olacağını gözləyir.

Bu barədə Trend-ə və “Azernews” qəzetinə Fonddan məlumat verilib.

SOFAZ-dan bildirilib ki, fondun 2018-ci il üçün büdcəsi neftin bir barreli üçün 45 dollar nəzərə alınaraq proqnozlaşdırılıb. 2017-ci ildə bu göstərici 40 dollara bərabər idi:

“Bununla belə, bu göstərici qiymətlərin azalması riskinin ehtiyatlı qiymətləndirilməsidir, çünki indi neft bazarında tendensiyaları nəzərə alsaq, faktiki orta illik qiymətin yüksək olması ehtimal olunur. 2018-ci ilin yanvarında SOFAZ həmçinin “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi barədə sazişin uzadılmasına görə 450 milyon dollar bonus əldə edib”.

Fonddan qeyd edilib ki, yuxarıda sadalanan faktları nəzərə almaqla gözləmək olar ki, SOFAZ-ın 11,56 milyard manat həcmində büdcə gəlirləri proqnozu tamamilə icra olunacaq:

“Qeyd etmək lazımdır ki, 2017-ci ildə faktiki nəticələr gözləntiləri əhəmiyyətli dərəcədə üstələmişdi, fondun aktivləri isə 33,1 milyard dollardan 35.8 milyard dollaradək yüksəlmişdi. Bu il SOFAZ büdcəsinin profisiti 1,8 milyard manat həcmində dəyərləndirilir”.

Son xəbərlər
Digər xəbərlər