Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozdan 4 milyard 239 manat və yaxud 54,4 % az – 3 milyard 550 milyon manat vəsait transfert edib.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb vergi-gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamikadır. Son nəticədə ARDNF büdcə öhdəliyini tam icra etməyib.