25 C
Baku
Sunday, July 7, 2024

ARDNF-in AÇG-dən gəlirləri ilk yarıda $3 mlrd. olub – İllik 10% azalma

Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 3 mlrd. 5.3 mln. ABŞ dolları dəyərində gəlir əldə edib.

Banker.az bu barədə Fonda istinadən xəbər verir.

Bununla da illik müqayisədə AÇG-dən gəlir 342.7 mln. dollar və ya 10 faiz azalmış olub.

2023-cü ilin ilk 6 ayında Fond AÇG-dən 3 mlrd. 348 mln. dollar gəlir əldə etmişdi.

Suveren fondun Şahdəniz yatağından (qaz və kondensat) 2024-cü ilin ilk yarımilindəki gəlir 244.07 mln. dollar olub. Şahdənizdən gəlirlər isə 2023-cü ilin analoji dövründə 1 mlrd. 2 milyon dollar idi.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60.78 mln. dollar olub.

Son xəbərlər
Digər xəbərlər