14 C
Baku
Friday, November 22, 2024

ARDNF-in investisiya portfelindən gəliri üç rübə $4.2 mlrd. olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il sentyabr ayının 30-na ARDNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən gəlirini açıqlayıb.

Banker.az bunu Fonda istinadən xəbər verir.

Belə ki, 2024-cü ilin ilk üç rübündə ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 197.6 milyon manat təşkil edib.

Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərdə əsas töhfə səhm investisiyalarının payına düşür.

İnflyasiyanın sabitləşməsi və iqtisadi artımın dayanıqlı olması fonunda dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi bankları uçot dərəcələrini aşağı salaraq yumşaq monetar siyasətə doğru keçid etmişdirlər. Bu siyasət dəyişikliyi sabit gəlirli qiymətli kağızların dəyərinin artmasına və gəlirliliyin yüksəlməsinə səbəb olmuşdur.

Yüksək borclanma xərclərinin iqtisadiyyata təzyiqinin azalması ehtimalları investorların davranışına müsbət təsir göstərmişdir ki, bu da öz növbəsində səhm bazarında canlanma ilə nəticələnmiş və əsas səhm indekslərində artımlar müşahidə olunmuşdur. Bu, xüsusilə texnologiya və istehlak malları kimi sektorlar üçün faydalı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər