Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mərkəzi Bankda vəsaitləri var, hansı ki, Fond bunlardan istifadə edə bilməyərək əlavə gəlir əldə edə bilməyib.
Banker.az xəbər verir ki, bu barədə ARDNF-in büdcəsinə dair Hesablama Palatasının rəyində deyilir.
Fond deyir ki, təqdim edilmiş məlumatlara əsasən Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsi məqsədilə ARDNF-in Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesablarında böyük həcmli vəsaitin qalığının olması, həmin vəsaitlərin Fondun idarəetməsindən (əlavə gəlir gətirmək imkanından) kənarda qalması müşahidə edilir.
30 sentyabr 2021-ci il tarixinə Fondun Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesablarında 1 milyard 530.5 milyon AZN (və ya 900.3 milyon ABŞ dolları) məbləğində vəsaiti cəmləşib.