-1 C
Baku
Sunday, December 15, 2024

ARDNF-in valyuta portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər olacaq

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun ilk dəfə olaraq investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulub.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Rəyə əsasən, Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70%-i (cari ildə 50%) ABŞ dollarında ifadə olunan aktivlərə, 15-30%-i (cari ildə 35%) avroda olan aktivlərə, 5%-ə qədəri İngiltərə funt sterlinqində (cari ildə eyni) olan aktivlərə, qalan 10%-ə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.

©Report

Son xəbərlər
Digər xəbərlər