8 C
Baku
Wednesday, January 8, 2025

ARDNF keçən il hərrraclarda $7.13 mlrd. valyuta satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin dekabr ayı ərzində 634.5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Banker.az tərəfindən aparılan hesablamalara görə, bu keçən ay Mərkəzi Bank tərəfindən hərraclardakı dollar satıışını üstələyir. Dekabr üzrə valyuta hərraclarında 565.2 mln. dollar satıldığı açıqlanmışdı.

Beləliklə, ARDNF-in açıqladığı rəqəmlər Mərkəzi Bankın açıqladığı rəqəmləri 69.3 mln. dollar üstələyir. Bu o halda baş verir ki, Mərkəzi Bank bazara alıəş yönlü müdaxilə edir. Bu da gözlənilən idi. Bununla bağlı öncəki yazımızdan tanış ola bilərsiniz.

Suveren fond ARDNF 2024-cü ilin 12 ayı ərzində əsas valyuta təchizatçısı kimi 7 milyard 128.5 milyon ABŞ dolları valyuta satıb. Öncəki ildə bu rəqəm 2 milyard 689.4 milyon dollar idi ki, bu da fond tərəfindən illik valyuta satışlarıın 4 milyard 439.1 milyon dollar və ya 165 faiz artımdır.Picture2

Son xəbərlər
Digər xəbərlər