18 C
Baku
Saturday, May 4, 2024

ARDNF ötən il Türkiyə Mərkəzi Bankına yatırdığı 1 mlrd. avro depozitdən nə qazanıb?

Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 2022-ci ildə Türkiyə Mərkəzi Bankına yerləşdirilən 1 mlrd. avrodan gələn gəlirlər məlum olub.

Banker.az xəbər verir ki, bu barədə 2022-ci il üzrə illik hesabatında bildirilir.

31 dekabr 2022-ci il tarixinə müddətli depozitlərin əsas hissəsini Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 mlrd. 813.72 mln. manat (1 mlrd. avro) məbləğində depozit təşkil edib. Bu depozit üzrə 2.32 mln. manat məbləğində faiz hesablanıb.

“Bu qalıqlar üzrə gözlənilən kredit zərərlərinin məbləği əhəmiyyətli olmadığına görə ARDNF müddətli depozitlər üçün kredit zərərləri üzrə ehtiyat yaratmayıb”, – deyə hesabatda qeyd edilir.

Azərbaycanın suveren fondu ARDNF 1 mlrd. avro həcmində müddətli depoziti 2022-ci ilin yanvarında TCMB-də yerləşdirmişdir. Depozitlər altı aya, yəni 2022-ci ilin ikinci yarımilinin ilk aylarında qaytarılmalı idi.

Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 2022-ci ilin yanvarında avro/manat cütlüyü 1.92-1.95 səviyyəsində dəyişirdi. Yayın aylarında isə avro/manat 1.72 səviyyələrinə qədər enmişdi.

Ötən il ABŞ Federal Ehtiyat Sisteminin Avropa Mərkəzindən daha cəld tərpənməsi və faizləri yüksəltməsi Avro/dollar cütlüyünü artıq ilin ortalarında paritet səviyyəyə yaxınlaşdırdı. Yəni 1 avro 1.14 dollar səviyyəsində 1 dollar qədər enmişdi.

Bu da o deməkdir ki, Dövlət Neft Fondu bu vəsaiti Türkiyə Mərkəzi Bankına verdiyi ərəfədə onun manat ekvivalenti 1 mln. 920 mln. manat üzərində idi. Depozit müddəti bitərkən isə artıq manat ekvivalentində 1 mln. 720 mln. ətrafında olub. Bu depozit müddətinin icrasını tam vaxtında bitirməsi ilə məzənnə fərqindən 200 mln. dollar (təqribən 120 mln. dollar) itirilmiş olur.

ARDNF bunu ilin sonuna hesabladığı üçün 1 mln. 813 mln. manat kimi göstərilir. Nəzərə alınmalıdır ki, avro/manat ilin sonunda artıq 1.80 səviyyəsindən yuxarı idi.

Lakin bir məsələ nəzərə alınmalıdır ki, ARDNF bunu təkcə mənfəətlilik deyil, qardaş Türkiyənin maliyyə bazarında sabitliyinə müsbət töhfə vermək məqsədi ilə yatırmışdı.

Avro/manat cütlüyünün 2023-cü ilin iyun ayının son iş gününə rəsmi kursu 1.8521-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər