2 C
Baku
Sunday, December 15, 2024

ARDNF Parisdəki biznes mərkəzindən $4.2 mln. gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin ilk 9 ayında Parisdəki biznes mərkəzindən əldə etdiyi gəliri açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in büdcəsinə dair Hesablama Palatasının rəyində deyilir.

Palata bildirir ki, Paris şəhərinin Vendom meydanı 8 ünvanında (8 Place Vendome,
Paris) yerləşən biznes mərkəzindən 3.51 mln. avro (məzənnə dəyişikliyi nəzərə almadan $4.2 mln.) gəlir əldə edib.

Qeyd edək ki, həmin daşınmaz əmlakın kompleksi dəyəri 180.3 milyon avro təşkil edir.

Son xəbərlər
Digər xəbərlər