Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı bəzi KİV-də dərc olunan məqalələrə münasibət bildirib. Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.
Fond bildirib ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməmişdir.
Relizdə bir daha qey dedilir ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılmışdır. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.
Xatırladaq ki, Azərbaycan bütün qızıl ehtiyatlarını satılması ilə bağlı bəzi KİV-də məlumat yayılmışdı. Ümumdünya Qızıl Şurasının yaydığı əlumata görə, Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.