Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin avqust ayı ərzində 512.3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Banker.az-a ARDNF-in açıqlamasına istinadən xəbər verir.
Qeyd edək ki, avqusta ən böyük həcmli dollar satışı sonuncu hərracda qeydə alınmışdı. Həmin hərracda 76.3 milyon dollar satılmışdı.
İlin ilk 8 ayında isə 3 742.82 milyon ABŞ dolları satılıb.