8 C
Baku
Thursday, March 28, 2024

Argentina Britaniya ilə Folklend adaları üzrə müqaviləsini ləğv edib

Argentina Folklend adalarında inzibati və iqtisadi fəaliyyətlərin aparılmasına aid olan Foradori-Dunkan sazişinin ləğvi barədə Böyük Britaniyanı xəbərdar edib.

Bu barədə Argentinanın xarici işlər naziri Santyaqo Kafiero tviterdəki səhifəsində yazıb.

“Argentina 2016-cı ildə bağlanmış Foradori-Dunkan müqaviləsinə xitam vermək qərarını elan edib”, – paylaşımda deyilir.

“Mən bunu Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli ilə Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı zamanı görüşdə etdim”, – Kafiero əlavə edib.

Müqavilə 2016-cı ildə Argentina xarici işlər nazirinin müavini Karlos Foradori ilə Böyük Britaniya xarici işlər nazirinin müavini Alan Dunkan arasında imzalanıb. Sənəd Folklend adalarında iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Argentina və Böyük Britaniya arasında dialoqu nəzərdə tutur.

Qeyd edək ki, iki ölkə arasında adalar üstündə bir neçə dəfə gərginlik yaranıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər