9 C
Baku
Thursday, December 12, 2024

Argentina hava yolu ilə ölkəyə gələn sərnişinlərə qoyulan məhdudiyyətləri ləğv edib

Argentina hökuməti əvvəllər hava yolu ilə ölkəyə daxil olan sərnişinlərə pandemiya ilə bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.

Bu barədə ölkənin Milli Mülki Aviasiya İdarəsi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, ölkəyə hava yolu ilə gələn sərnişinlərin sayına dair kvotalar da ləğv edilib.

Artıq noyabrın 1-dən etibarən tam peyvənd olunmuş xarici sərnişinlərdən koronavirus testi götürülməyəcək.

Hökumət rəsmiləri bu qərarın verilməsini Argentina əhalisinin 50 %-nin peyvənd olunması ilə əlaqələndirib. Rəsmi məlumata görə, bu günə qədər respublikanın 45,8 milyon sakini, təxminən 25 milyon nəfər tam peyvənd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər