23 C
Baku
Tuesday, April 23, 2024

Argentina Mərkəzi Bankı faiz dərəcəsini 47%-ə qaldırıb – Səbəb yüksələn inflyasiyadır

Argentina Mərkəzi Bankı, günün əvvəlində dərc olunan inflyasiya məlumatlarının qiymətlərin son 20 ilin ən sürətli aylıq sürətlə artdığını göstərməsindən sonra bu il dördüncü dəfə faiz dərəcələrini artırıb.

Bankın pul komitəsi dünən yayılan bəyanatına görə, 250 baza bəndi artıraraq 47 faizə çatdırıb.

Aregntinada inflyasiya 53.8% proqnoz edildiyi halda, mart ayı üzrə orta illik 55.1% təşkil edib.

Bildirilir ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində beynəlxalq ərzaq və enerji qiymətlərinin artmasına gətirib çıxarıb. Yanacağın qiymətinin artması və rəsmi pesonun sürətlənmiş devalvasiyası kimi yerli amillərlə birləşərək mart ayında inflyasiyanın daha da tətikləyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər