9 C
Baku
Monday, November 18, 2024

Argentina yüksək inflyasiya fonunda dövriyyəyə yeni əsginas buraxır

Argentina hökuməti yüksək inflyasiya fonunda dövriyyəyə 2 min peso nominalında əsginas buraxacaq. Məlumata görə, əsginasın dizaynı elm və tibbə həsr olunacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd edək ki, hazırda Argentinada 1000, 500, 200, 100, 50, 20 və 10 peso nominalında əsginaslar mövcuddur. 2022-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya 94.8%-ə çatıb ki, bu da 1991-ci ildən bəri maksimum göstərici olub. Ötən ilin dekabr ayında Argentinada istehlakçı qiymətləri indeksi 5.1% artıb. Ən çox restoran və hotellərin xidmətləri bahalaşıb – 7.2%, alkoqol və tütün məmulatlarının qiyməti isə 7.1% artıb.

Son xəbərlər
Digər xəbərlər