2024-cü ilin iyun ayında Argentinada istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 4,6%, ilin əvvəlindən isə 79,8% artıb. Ötən ilin eyni ayı ilə müqayisədə artım 271,5% təşkil edib.
Bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.
Hesabatı tərtib edənlərin fikrincə, iyunda ən çox kommunal xidmətlər (+14,3%) bahalaşıb. Onları otel və restoranlar (+6,3%) və təhsil sektoru (+5,7%) izləyir. Ərzaq məhsullarının qiymətləri 3% artıb.
Argentinada inflyasiya 2023-cü ilin dekabrında kəskin sıçrayışdan sonra yavaşlamağa başlayıb. Sonra aylıq qiymət artımı 25,5%, yanvarda – 20,6%, fevralda – 13,2%, martda – 11%, apreldə – 8,8%, mayda – 4,2% təşkil edib.
İnflyasiyanın enməsi iqtisadi aktivliyin azalması ilə paralel olaraq baş verir. Statistika İnstitutunun məlumatına görə, may ayında sənaye istehsalı indeksi 0,2%, iqtisadi aktivliyin aylıq indeksi aprel ayında 0,1% azalıb.