17 C
Baku
Tuesday, October 15, 2024

Argentinada inflyasiya 90%-i keçib

Argentinada 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 4,2%, ilin əvvəlindən isə 94,8% artıb. 2023-cü ilin eyni ayı ilə müqayisədə artım 236,7% təşkil edib.

Bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.

Qiymət artımının 4% olduğu iyul ayı ilə müqayisədə avqustda inflyasiya bir qədər də sürətlənib. İndeksə daha çox kommunal xidmətlər (+7%), təhsil (+6,6%) və nəqliyyat (+5,1%) qiymətlərinin artımı təsir edib.

Qeyd edək ki, Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Xavyer Mileyin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər