Argentinanın maliyyə naziri Nikolas Duxovnı istefa verib. Qərar milli valyutanın kəskin devalvasiyası fonunda qəbul edilib.
“Report” xəbər verir ki, bu barədə “Todo Noticias” telekanalı öz “Twitter” səhifəsində məlumat yayıb.
“Bu gün mən 2017-ci ilin yanvarından tutduğum maliyyə naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Mən bunu vəziyyəti nəzərə alaraq, sizin idarəetməyə iqtisadi sahədə əhəmiyyətli yeniliyin zəruriliyinə əmin olduğum üçün edirəm”, — deyə Duxovnının ölkə prezidenti Maurisio Makriyə ünvanladığı məktubda qeyd olunub.