“Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbəri dəyişib.
Banker.az-ın məlumatına görə, yeni təyin edilən şəxs Murat Çağlayandır.
Buna qədər vəzifədə Niyazı Palaslıoğlu idi.
Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir. “Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.