12 C
Baku
Saturday, January 11, 2025

“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 2 milyon manatdan çox vergi borcu var

“Arkoz Qazax Sement Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Arkoz Qazax Sement Zavodu” MMC-nin vergi borcu 2 004 516.45 manatdır. Bu vergi borcu 21 yanvar 2024-cü il tarixinə qədər olan məlumatdır.

Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir. “Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.

Son xəbərlər
Digər xəbərlər